...

Azərbaycan Milli Bankının kapitalın məcmu həcminə olan tələblərini bütün banklar yerinə yetirməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 17:21 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) 1 yanvar 2007-ci il tarixində ölkənin bank sektorunun kapitallaşdırılmasının nəticələrini açıqlayıb. AMB-dən Trend ə verilən məlumata görə, hesabat dövründə üç bankın məcmu kapitalı 3,5 mln. manatdan 5 mln. manata qədər diapazonda ödənilib. Bütün fəaliyyətdə olan bankların kapitallarının ümumi həcmində onların xüsusi çəkisi 2,4% təşkil edir.

Xüsusi çəkisi 45,6% olan 29 bankda kapitao 5 mln. manatdan 10 mln. manata qədər həddə formalaşıb, 11 bankda isə (52%) - 10 mln. manatı keçir.

Ümumi kapitalın minimal həcminin artırılması qrafikinə əsasən, 1 yanvar 2007-ci il tarixində o, 8,2 mln. manatdan aşağı olmamalıdır. Lakin təxminən beş bankın kapitalı AMB tələblərinə uyğun deyil.

Ölkədə fəaliyyət göstərən bankların kapitallarının məcmu həcmi 603,3 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti