...

Azərbaycanın kənd təsərrüfatının kreditləşdirilməsi və inkişafı üzrə II layihə çərçivəsində tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 12:18 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə dövlət agentliyi kənd təsərrüfatının kreditləşdirilməsi və inkişafının II layihəsi çərçivəsində tender elan edib.

Agentliyə istinadən Trend məlumat verir ki, tenderin obyekti "Kənd təsərrüfatı məhsullarının marketinq və emalının təşkili" mövzusunda informasiya kampaniyasnın təşkilidir.

Adıçəkilən iformasiya aksiyasının həyata keçirilməsinin əsas məqsədi fermer və sahibkarlar arasında aqromarketinq xidmətləri və kənd təsərrüfatı məhsullarının emalı, lazımi materialların hazırlanması, seminarların təşkili, reklam materiallarının hazırlanması, fermer və digər sahibkarları topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə məlumatlandırılması üzrə sorğuların keçirilməsidir.

Tenderdə iştiraka maraqlı olan şirkətlər fevralın 14-nə qədər müraciətlərini göndərə bilər.

Xəbər lenti

Xəbər lenti