...

Azərbaycanın maliyyə naziri 2006-cı ildə sığorta daxilolmalarının həcmini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 12:27 (UTC +04:00)

Nazirlikdən Trend ə verilən məlumata əsasən Azərbaycan Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, 2006-cı ildə sığorta daxilolmalarının ümumi həcmi 2005-ci ildəki göstəricidən 6,99% artmış və 88,33 mln. manat təşkil edib.

Daxilolmaların ümumi həcmindən könüllü daxilolmalar 6,40% artaraq 81,74 mln.manat təşkil edib.

Məcburi daxilolmalar əsasən 14,81% artaraq 6,59 mln. manat təşkil edib.

2006-cı il ərzində sığorta ödəmələri 128,26% artaraq 43,62 milyon təşkil edib. Könüllü sığorta ödəmələri üzrə ödəmə çəkisi il ərzində 94,2% təşkil edib. Onun həcmi 2007-ci il yanvarın 1-də 140,77% artaraq 41,10 milyon manat təşkil edib. Məcburi sığorta ödəmələrinin xüsusi çəkisi 5,78% təşkil edərək 2,52 milyon manat olub. Məcburi ödəmələrin artımı 23,53% səviyyəsində müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti