...

Azərbaycanın Dövlət Komitəsi park və mədəni obyektlərdə yaşayış üçün nəzərdə tutulmayan sahələrin qanunsuz istifadə faktalarını aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 15:26 (UTC +04:00)

Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qanuni əsas olmadan istifadə olunan dövlət əmlakını, həmçinin obyektlərin mənimsənilməsini aşkar etmək məqsədilə həyata keçirdiyi monitorinqin nəticələrini elan edib.

Dövlət Komitəsinin bu gün yaydığı press-relizə əsasən Trend məlumat verir ki, keçirilmiş tədbirlər sayəsində dövlətin əmlakında olan mədəni obyekt və parkların ərazisində yerləşən yaşayış üçün nəzərdə tutulmayan sahəlrin qanuni əsas olmadan istifadə olunması faktları aşkar olunub.

Sosial, mədəni və digər əhəmiyyətli dövlət obyektlərinin qeyri-effektiv istifadə olunmasının qarşısını almaq üçün Dövlət Komitəsi müntəzəm qaydada yerli icra hakimiyyəti orqanlarına müraciət edir. Bu cür faktların aradan qaldırılmasına zərurət dövlət əmlakının qanuni orlaraq istifadəsi və dövlət büdcəsinə gəlirlərin daxil olmasından yaranıb.

Monitorinqlər dövlət əmlakında olan yaşayış üçün nəzərdə tutulmayan sahələrin, daşınan dövlət əmlakının istifadəsi və icarəyə verilməsi üzrə Prezidentin 16 noyabr 2005-ci il tarixli fərmanına əsasən Dövlət Komitəsi nəzdində yaradılmış komissiya qrupları tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti