...

Xarici Ticarət Bankı Azərbaycanda yapon mallarının ixracını maliyyələşdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 15:30 (UTC +04:00)

Rusiyanın Xarici ticarət bankı (XTB) və Japan Bank of International Cooperation (JBİC) 2002-ci ildə bağlanmış kredit sazişi üçün əlavə sənəd imzalayıblar. Trend Rusiya bankının yaydığı məlumata istinadən xəbər verir ki, yeni layihə saziş çərçivəsində kreditdən istifadə müddətini uzadır, eləcə də yapon mallarının yalnız Rusiya, Ukrayna və Belarusa deyil, o cümlədən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Moldovaya ixracı ilə bağlı layihələri maliyyələşdirmək imkanı verir.

Beş il əvvəl XTB -yə uzun müddət istifadə edilən avadanlıq və malların Yaponiyadan Rusiyaya tədarükünün maliyyələşdirilməsi üçün 8 mlrd. yapon yeni (təxminən 70 mln. ABŞ dolları) həcmində kredit xətti verilmişdi. Saziş çərçivəsində Xarici Ticarət Bankı ağac emalı avadanlıqlarının, eləcə də optik-lif xətti və xüsusi avtotexnika üçün avadanlığın alınması üzrə artıq müştərilərin bir neçə sazişlərini maliyyələşdirib.

Azərbaycana ixrac tədarükləri ilə yanaşı, XTB həmçinin Azərbaycan bankının satın alma planlarının olduğunu da bildirib və hazırda bu istiqamətdə danışıqlar aparılır.

Japan Bank of International Cooperation - səhmlərinin 100%-nin Yaponiya hökumətinə məxsus olduğu ixtisaslaşdırılmış dövlət bankıdır. Aktivlərin həcminə görə kredit müəssisəsi dünyada 84-cü yeri tutur.

Xəbər lenti

Xəbər lenti