...

Əmək Nazirliyi Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının monitorinqi üçün məsləhətçi seçimi elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 15:36 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şirkət və konsorsiumları ünvanlı dövlət sosial yarıdımının monitorinqinin keçirilməsi predmeti ilə bağlı pensiya və sosial təminat çərçivəsində maraqların bildirilməsinə dəvət edir.

Layihə qrupu tərəfindən hazırlanmış elana əsasən Trend xəbər verir ki, təkliflər 2007-ci il 15 fevraldan gec olmamaq şərtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin S.Ələsgərov 85, mənzil 401 ünvanına təqdim edilməlidir. Məsləhətçilər aşağıdakı kriteriyalara cavab verməlidir: Azərbaycanda ev təsərrüfatı üzrə böyük tədqiqatların həyata keçirilməsi və planlaşdırılması sahəsində təcrübəyə malik olmalı və üstünlük artıq DB və Əmək Nazirliyi ilə işləmiş şirkətlərə veriləcək.

Layihənin realizəsi Beynəlxalq İnkişaf Assosiasiyasının 10 mln. həcmində krediti hesabına həyata keçirilir. Kreditin bir hissəsi məsləhət xidmətlərinə, ünvanlı yardım proqramının qiymətləndirilməsi və monitorinqinə sərf ediləcək.

Məsləhətçi ünvanlı sosial yardımın əhatə dairəsi, ünvanlılıq mexanizmi və onun təkmilləşdirilməsi üzrə monitorinq aparmalı, icra mexanizmləri və onların səmərəliliyinin müəyyən edilməsi, ünvanlı yardım üzrə ev təsərrüfatlarının vəziyyətinə təsiri öyrənməlidir. Respublika üzrə bütün ev təsərrüfatlarının sorğusu, keyfiyyət və kəmiyyət məlumatları toplanmalıdır.

Xəbər lenti

Xəbər lenti