...

Azərbaycan Milli Bankı bir sıra banklarda diaqnostika yoxlamalarına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 15:52 (UTC +04:00)

Azərbaycan Milli Bankının (AMB) -nın idarə heyətinin qərarı ilə fevralın 1-dən bəzi bankları hərtərəfli tədqiq etmək məqsədilə diaqnostik yoxlamalara başlayıb. Cümə günü AMB-nın baş direktoru Rufət Aslanlının Trend ə verdiyi məlumatına əsasən, bu qərar bankların AMB-nın yekun kapitala bağlı tələb nomalarına uyğun bankların təhlilinin ilkin nəticələrinin müzakirəsindən sonra qəbul olunub. 2007-ci ilin yanvarın 1-də bu kapital 8,2 milyon manat təşkil etməli idi.

Ölkədə kredit təşkilatlarının fəaliyyətinə nəzarət formalarından biri olan diaqnostik yoxlamalara bir aydan az vaxt ayrılıb.

R. Aslanlının sözlərinə görə, bir neçə həftə ərzində yoxlamalar tamamlanacaq və nəticə olaraq Milli Bankın İdarə Heyətinə hesabat hazırlanaraq təqdim olunacaq.

İliin yekununa görə normativ tələbləri konkret olaraq iki bank yerinə yetirməyib. Lakin onların rəhbərliyi texniki səbəbləri əsas gətirərək AMB-dan əlavə vaxt xahiş edib.

Banklar bunu qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatla bağlı gecikmələrlə izah edir. Bununla əlaqədar olaraq onlar nizamnamə kapitalının artırılması üçün səhmlərıini vaxtında yerləşdirə bilməyib. Əlavə üç bank hesabat dövründə kapitalın tələb olunan həcmini əldə edə bilməyib. Lakin R. Aslanlının sözlərinə görə, bu banklar kapitallarını 2007-ci ilin yanvarın 1-dən sonra 8,2 milyon manata qədər formalaşdıra bilib. Buna görə də onlarla bağlı məlumatlar ölkənin bank sahəsinin kapitallaşmasının qiymətləndirilməsi üzrə hesabata daxil edilməyib. AMB-nın İdarə Heyəti bu faktları nəzərə alıb.

1 yanvar 2007-ci ilə əsasən, üç bankın yekun kapitalı 3,5 milyon manatdan 5 milyon manatadək diapazonunda ödənilib. 29 bankın xüsusi çəkisi 45,6% təşkil edir. Kapital 5 milyon manatdan 10 milyon manatadək hüdudda formalaşdırılıb. 11 bankın kapitalı 10 milyon manatı üstələyir.

Xəbər lenti

Xəbər lenti