...

Azərbaycan Beynəlxalq Bankı birja valyuta bazarında liderliyini qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 16:30 (UTC +04:00)

Bakı banklararası valyuta birjası (BBVB) 2007-ci ilin yanvar ayında valyuta seksiyasında hərracların yekunu üzrə birja bazarının operatorlarının beş aparıcı -bankını elan edib.

Trend birjanın cümə günü yaydığı press-relizə istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı valyuta əməliyyatlarının həcminə görə lider olub. Birja valyuta bazarının 40,55%-i onun payına düşür.

Valyuta seksiyası hərraclarının ümumi dövriyyəsində bankların bağladığı sazişlərin payına uyğun olaraq birja valyuta bazarının liderləri sırasına həmçinin "Azəriqazbank" səhmdar-investisiya bankı, "Koçbank-Azərbaycan" qapalı tipli səhmdar bankı, "Azərbaycan Sənaye Bankı" (keçmiş CIBank) və "Texnikabank" səhmdar-kommersiya bankı da daxil olub. Birja valyuta bazarında Azəriqazbank-ın payı 11,43%, Koçbank-Azərbaycanın payı - 8,31%, Azərbaycan Sənaye Bankının payı - 7,18% və Texnikabankın payı - 5,92% təşkil edir. Məlumatlarda Azərbaycan Milli Bankının sazişləri nəzərə alınmayıb.

2007-ci ilin yanvar ayında BBVB valyuta seksiyasının hərraclarında cəmi 24 bank iştirak edib. Hesabat ayında hərracların birja elektron sistemində (HBES) 36 ticarət sessiyası keçirilib və 103 saziş qeydiyyata alınıb. Hesabat ayında valyuta seksiyası hərraclarının həcmi 103,115 mln. manat və ya dollar ekvivalentində 118,367 mln. təşkil edib. 2006-cı ilin yanvar ayının göstəriciləri ilə müqayisədə birjanın valyuta seksiyasının dövriyyəsi 37,8 mln. manat və ya 58% artıb.

Xəbər lenti

Xəbər lenti