...

2007-2011-ci illərdə Azərbaycanın gömrük sisteminin inkişafı üzrə tədbirlər planı müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 19:01 (UTC +04:00)

Gömrük sisteminin inkişafının sürətləndirilməsi, onun normativ-hüquqi bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan prezidentinin sərəncamı ilə 2007-2010-cu illərdə ölkənin gömrük sisteminin inkişafı üzrə dövlət proqramı təsdiq olunub.

Trend xəbər verir ki, proqramın reallaşdırılması üzrə tədbirlər planına əsasən, 2007-2010-cu illər ərzində gömrük və ticarət sahəsində beynəlxalq konvensiyalara daxil olmaq üzrə təkliflərin hazırlanması, tarif nizamlanmasının təkmilləşdirilməsi üzrə təklif və tövsiyyələrin hazırlanması, plastik kartlar üzrə gömrük ödənişlərin keçid, elektron gömrük bəyannamələrinin tətbiqi, logistika üzrə müasir terminalların təşkili, qeydiyyat və nəzarətin avtomatlaşdırılmış sisteminin tətbiqi nəzərdə tutulub.

Həmçinin Azərbaycan bölgələrində "Sadıxlı", "Sınıqkörpü", "Böyük kəsik", "Samur" gömrük postlarının yenidən qurulması, "Yalama" gömrük məntəqəsinin, Naxçıvan gömrük idarəsi və terminalının və s. analoji obyektlərin tikintisi üzrə işlərin görülməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti