...

Azərbaycan Fransa şirkəti ilə zibil emalı zavodunun tikintisi layihəsi üzrə "Qarşılıqlı anlaşma haqqında" Memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2007 11:06 (UTC +04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Fransanın "CNIM" şirkəti ilə "Qarşılıqlı anlaşma haqqında" Memorandum imzalayıb. Trend xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Nazir qeyd edib: "Bu şirkət bu sahədə böyük təcrübəyə və yüksək texnologiyaya malikdir. Zavod tikintisi ilə bağlı şirkət seçimi ilə əlaqədar yekun qərar yaxın vaxtlarda olacaq".

O istisna etməyib ki, ölkədə bərk tullantıların emalı üzrə zavodun tikintisində marağı olan digər şirkətlərin təklifləri də nəzərdən keçirilir. H.Babayev bildirib: "Layihənin bir neçə şirkətin cəlb edilməsi ilə həyata keçiriləcəyi istisna edilmir. Bizim qarşımızda böyük problem durur - ekoloji məsələlərin həlli və bərk tullantılarla bağlı problemin həlli".

Bu gün dünyada üç əsas texnologiya var ki, zibil emalı bunun əsasında həyata keçirilir. Nazirin sözlərinə görə, bununla əlaqədar Azərbaycan qərar qəbul edilməsində tələsməyəcək. Hazırda bu istiqamətdə həm "CNIM" şirkəti, həm də Yaponiyanın "Ebara" və digər şirkətlərlə iş aparan konsultant işləyir. Nazir bildirib: "Konsultan tərəfindən bizə təqdim edilən məsələlər bütün şirkətlərə göndərilib. Onlar artıq cavab veriblər. Zavodun qurulacağı texnologiya seçildikdən sonra tender elan ediləcək. Bu, ölkədə olan bərk tullantılardan asılı olacaq".

Xəbər lenti

Xəbər lenti