Beynəlxalq maliyyə Korporasiyası (BMK) ölkənin real və bank sektorlarında 6 layihənin hazırlanmasına başlayıb. BMK Bakı nümayəndəsi Aliyyə Əzimovaya istinadən Trend xəbər verir ki, bu layihələr əsasən bank sistemindədir.
A.Əzimova qeyd edib: "Biz tədricən kredit xətləri standartlarından çəkilirik və bazarda yeni layihələr təklif etməyə çalışırıq. Yaxın vaxtlarda ipoteka maliyyəlşməsinə texniki yardım layihəsi başlayır və biz ipoteka layihələrinin birbaşa maliyyləşməsi və bu istiqamətin stimullaşdırılması imkanlarını nəzərdən keçirəcəyik".
Aprel ayında Azərbaycanda lizinq sektornun inkişafına BMK-nın texniki dəstəyi layihəsinin realizəsi başa çatır. Lakin bu istiqamətlə paralel olaraq korporasiyanın maliyyləşdirdiyi lizinq şirkətlərinə yardıma yönəldilmiş BMK-nın daha bir layihəsinin realizəsi həyata keçirilir. BMK nümayəndəsi bildirib: "Bu, detallı texniki yardımdır və bir il sürəcək".