...

"Anglo Asian Mining" baş ofisi Londondan Bakıya köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 13:20 (UTC +04:00)

Azərbaycanda qızıl və mis üzrə layihələr həyata keçirən "Anglo Asian Mining PLC" şirkəti baş ofisinin yerinin dəyişməsi barədə elan edib. Şirkətə istinadən Trend xəbər verir ki, "Anglo Asian Mining" şirkətinin London ofisi Bakıya köçüb.

Məlumatda deyilir ki, Çarlz Xenkok öz istəyi ilə 2007-ci ildən şirkətin idarə heyətindən çıxıb.

Şirkət Azərbaycan hökuməti ilə ölkənin cənubi qərbində - Gədəbəy, Ordubad, Qoşa bulaq, Qızıl bulaq, Vecnalı və Söyütlüdə altı yatağın işlənməsi ilə bağlı 1997-ci ilin avqustunda müqavilə bağlayıb. Kontraktda iştirak payının 49%-i "RI Investment Services" şirkətinə, 51%-i Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qismində Azərbaycan hökumətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti