...

Beynəlxalq maliyyə korporasiyası Azərbaycan bankına kredit xəttinin açılmasına icazə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 16:24 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyasının (BMK) Direktorlar şurası Rabitəbanka 2 mln. ABŞ dolları həcmində kredit xəttinin açılmasına icazə verib.

Korporasiyanın Bakıdakı nümayəndəsi Aliyə Əzimovanın Trend ə verdiyi xəbərə görə, kredit resursları kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bir neçə vaxtdan sonra BMK bu vəsaitlərin Rabitəbankın kapitalına konvertasiyası imkanını nəzərdən keçirəcək. Bankın səhm kapitalında iştirak təxminən 10%-ə qədər olacaq.

"Korporasiyanın iştirak limiti 10-20% həddində məhdudlaşır. Hələ Rabitəbankın kapitalına daxil olmaq müddəti müəyyən olunmayıb, bunu hələ müzakirə etmək lazımdır", - deyə A.Əzimova qeyd edib.

Kredit sazişinin yaxın vaxtlarda, yəqin ki, fevralda imzalanacağı nəzərdə tutulub. İndi hüquqi sənədlər üzərində iş başlayır.

Rabitəbank BMK-nin orada iştirak payı aldığı beşinci bank olacaq.

Xəbər lenti

Xəbər lenti