...

Azərbaycan sahibkarlar konfederasiyası Almaniyada Beynəlxalq Yarmarkada iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 16:51 (UTC +04:00)

Apredin 17-dən 21-dək Almaniyanın Karlsrux şəhərində köhnə əl avadanlıqlarının 12-ci Beynəlxalq satış yarmarkası keçiriləcək. Bu barədə Trend Konfederasiyanın bazar ertəsi yaydığı məlumata istinadən xəbər verir.

Sərgidə avadanlıq istehsalı və satışı ilə məşğul olan dünyanın 30 şirkəti iştirak edəcək.

Sərgi köhnə və yeni avadanlıq istehsalçıları və alıcıları arasında birbaşa münasibətlərin qaydaya salınmasına kömək məqsədilə keçirilir.

Sərgidə Azərbaycanı iqtisadiyyatın müxtəlif sahələrindən 30 nəfər təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti