...

Beynəlxalq ekspertlər Azərbaycanın vergi qanunvericiliyini mükəmməl hesab edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 18:43 (UTC +04:00)

Beynəlxalq ekspertlər dövlət büdcəsinə vergi tutmaları üzrə illik proqnozları problemsiz yerinə yetirməyə imkan verən Azərbaycanın vergi qanunvericiliyini və vergi xidmətinin effektliyinin mükəmməl olduğunu hesab edib.

Nazirliyin strateji tədqiqatlar və vergi siyasəti idarəsinin rəhbəri Akif Musayeva istinadən Trend məlumat verir ki, vergi adminstrasiyalarının mükəmməlşdirilməsi üzrə işlər aparılsa da, problemlər hələ də qalmaqdadır. Belə ki, kəmiyyət potensialı hələ tamamilə mənimsənilməyib.

Bununla belə region dövlətlərindən fərqli olaraq Azərbaycanda vergi kəmiyyəti kiçikdir. Bu da vergi yükünün azalmasından xəbər verir.

Bunu 2006-cı ildə vergi ödəyicilərinin sayının 46% artması sübüt edir. Müvafiq olaraq vergi potensialı genişlənir və bu da vergi tutulmalarının həcminin inkişafında özünü göstərir. Ötən il vergi daxilolmalarına olan proqnoz 103% yerinə yetirilib. A. Musayevin sözlərinə görə, 2002-ci illə müqayisədə vergi tutulmaları 4,6 dəfə artıb.

Bununla yanaşı, vergi orqanlarının dövlət büdcəsi qarşısındakı məsuliyyəti də artırır. Belə ki, dövlət büdcəsinin gəlir hissəsinə daxilolmaların xüsusi çəkisi 70 % təşkil edir. ÜDM ilə münasibətdə bu göstərici 2005-ci illə müqayisədə 3,3 bəndə əsasən 15,3% təşkil edib.

Xəbər lenti

Xəbər lenti