...

Azərbaycanın Vergilər Nazirliyi ƏDV-nin ləğv olunması imkanını öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 19:05 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması imkanı və onun satış vergisi ilə əvəz olunması ilə bağlı araşdırmalar aparmaq niyyətindədir.

Trend nazirliyin Baş strateji araşdırmalar və vergi siyasəti idarəsinin rəisi Akif Musayevə istinadən xəbər verir ki, Rusiya da yaxın vaxtlarda bu təcrübədən istifadə etmək niyyətindədir.

Onun sözlərinə görə, Azərbaycanda belə vergiqoyma sistemi tətbiq olunub, lakin Avropa Birliyinə inteqrasiya planları baxımından hazırda onu tətbiq etmək məqsədə uyğun deyil, çünki bütün Avropa ölkələri ƏDV-dən istifadə edir.

A.Musayev hesab edir ki, 2001-ci ildə Vergi məcəlləsi qəbul olunduqdan sonra hər il ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində işlər görülür.

"Bu gün biz ƏDV ödənişi sistemində olan bütün problemləri aşkara çıxara bilərik, belə ki, bizdə mükəmməl qanunverici baza və proqram təminatı var. Bu, həmin verginin ödənilməsindən bütün yayınma faktlarını aşkar etməyə imkan verir. Lakin Rusiyada çox böyük verilənlər həcmi var və bununla bağlı ƏDV üzrə bütün pozuntuların müəyyən olunmasında çətinliklər olur. Həm də indi Rusiyanın vergi orqanlarının atdıqları addımlar, Azərbaycanda 2-3 il əvvəl həyata keçirilib. Bu, xüsusilə, ƏDV üzrə qarşılıqlı hesaba aiddir, Azərbaycanda bu, yalnız bank sistemindən keçən vəsaitlərə şamil edilir", - deyə A.Musayev qeyd edib.

2006-cı il ərzində görülmüş işlər nəticəsində təxminən 5 min ƏDV ödəyicisi bu sahədə baş verən pozuntular səbəbindən uçotdan çıxarılıb.

Xəbər lenti

Xəbər lenti