...

Azərbaycanda Françayzinq Assosiasiyasi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 19:24 (UTC +04:00)

Ədliyyə Nazirliyində Azərbaycan Françayzinq Assosiasiyası (AFA) dövlət qeydiyyatından keçib. Assosiasyanın məlumatına əsasən Trend xəbər verir ki, AFA françayzinqin Azərbaycanda populyarlaşdırılması ilə məşğul olacaq, üzvləri arasında biznesin etik aparılma standartlarını müəyyənləşdirəcək və təsdiq edəcək, Azərbaycanda françayzinq sistemləri üzrə zəruri verilənləri toplayacaq və emal edəcək.

Bununla yanaşı assosiasiyanın vəzifələrinə xüsusi olaraq françayzinq məsələlərinə istiqamətləndirilmiş təhsil proqramlarını, seminarları və sərgiləri əlaqələndirəcək və təklif edəcək, françayzinqi marketinqin və biznesin aparılmasının müvəffəqiyyətli konsepsiyası kimi irəli çəkəcək, françayzinq və onun tətbiqi məsələləri üzrə düvlət orqanları ilə əlaqəni və dialoqu təmin edəcək, üz üzvləri arasında təcrübə mübadiləsi və ekspertiza aparılması üçün forum keyfiyyətində xidmət güstərəcək, beynəlxalq səhnədə ona yaxın olan təşkilatlarla münasibətləri quracaq və dəstəkləyəcək, distribyutorları, pərakəndə satışı və bütüvlükdə xidmət sahəsini təmsil edən sənaye və ticarət təşkilatları ilə münasibətləri inkişaf etdirəcək və dəstəkləyəcək, beynəlxalq françayzinq ticarət və sərmayə missiyalarını qəbul edəcək və onların Azərbaycanın potensialı ilə tanış olmasına yardım edəcək.

AFA françayzinq haqqında təcrübə və informasiya mübadiləsi üçün forumlar keçirəcək, françayzinq sahəsində biznes iştirakçılarını birləşdirən seminarlar, dəyirmi masalar, konfranslar, sərgilər təşkil edəcəkdir. Assosiasiya həmçinin françayzinq sahəsində hüquqi təşəbbüsləri dəstəkləmək və françayzinqin dəstəklənməsi üçün düvlət proqramlarına rəvac vermək niyyətindədir. Assosiasiya beynəlxalq françayzinq etik məcəlləsinin müddəalarına süykənir.

AFA françayzinq haqqında informasiyaya buraxılışı təmin edəcək, bu sənayedə işləyən adamlarla tanış olacaqdır. Assosiasiya həmçinin ilkin tədqiqatın yerinə yetirilməsində, şirkətin strukturunun formalaşdırılmasında, hüquqi məsələlərin aydınlaşdırılmasında, bazarın üyrənilməsində və franşizanın maliyyələşdirilməsində yardımı həyata keçirəcəkdir. O həm də beynəlxalq françayzinq sahəsində baş verən mühüm hadisələr haqqında informasiyanı təqdim edəcəkdir.

Xəbər lenti

Xəbər lenti