...

Azərbaycanın Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinin bəzi bölmələrində audit aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 13:52 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası (AHP) 2007-ci il üçün iş planını açıqlayıb. Trend AHP-yə istinadən xəbər verir ki, ilk növbədə, 2006-cı ildə dövlət vəsaitlərindən istifadə üzrə palatanın yoxlama tədbirlərinin yekunları üzrə xülasə arayış hazırlanacaq.

2007-ci ildə əvvəlki illə müqayisədə bir sıra qeyri-ənənəvi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İş planı iki hissədən ibarətdir. İlk hissədə maliyyə-büdcə istiqaməti üzrə yoxlama tədbirləri, qanunvericiliyə uyğun vergi gəlirlərinin formalaşması, onların yerinə yetirilməsinin vəziyyəti (dövlət və özəl müəssisələr, o cümlədən böyük vergi ödəyiciləri üzrə də), sosial daxilolmaların hesablanması və ödənilməsi, daşınmaz əmlakdan gəlirlərin uçotu və onların yerinə yetirilməsi vəziyyəti, satış və göstərilən xidmətlərdən daxilolmaların uçotu və ödənilməsi, planlaşdırılma, mərkəzi və yerli idarəetmə sistemi üzrə maliyyələşdirmə və xərclərin istifadə olunması, müdafiə və hüquq mühafizəsi sahəsində xərclərdən istifadə, sosial sahələrin maliyyələşdirilməsi (elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial təminat və s. kimi istiqamətlər üçün xərclərdən istifadə, maliyyələşdirmə və planlaşdırma), iqtisadiyyatın (kənd, meşə təsərrüfatı, ətraf mühitin mühafizəsi və s.) maliyyələşdirilməsi, əsas vəsaitlər üçün xərclərdən istifadə və s. nəzərdə tutulub.

2007-ci ildə sorğu əsasında arxivin milli idarə olunmasında, Agrolizing ASC-də və dövlət baytarlıq xidməti üçün ayrılmış vəsaitlərin auditinin keçirilməsi planlaşdırılır.

İş planının ikinci hissəsi rəy və informasiyaların, 2008-ci il üçün dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının layihələrinin, 2007-ci ildə büdcənin gəlir və xərcləri üzrə rüblük məlumatların və s. hazırlanmasından ibarətdir.

İş planına həmçinin milli audit standartlarının və başqa normativ-metodik sənədlərin hazırlanması da daxildir.

Xəbər lenti

Xəbər lenti