...

"Alfa" sığorta şirkəti AİF standartları üzrə ipoteka kreditləri proqramı çərçivəsində sığorta nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 15:32 (UTC +04:00)

"Alfa" sığorta şirkəti 2006-cı il və 2007-ci il yanvar ayı üçün Azərbaycan ipoteka fondu (AİF) standartları üzrə ipoteka kreditləri proqramı çərçivəsində sığorta nəticələrini açıqlayıb.

"Alfa" sığorta şirkətinin baş direktor müavini Vüsal Abbasovun çərşənbə axşamı Trend ə bildirdiyinə görə, ipoteka krediti proqramı çərçivəsində 2006-cı ildə sığorta nəticələri 4,415 dollar, yanvar ayı üçün 1,815 dollar təşkil edib.

2007-ci il yanvar ayında "Alfa" sığorta şirkəti tərkibinə ipoteka predmeti-əmlakın sığortalanması polisi və s. daxil olan 8 əlavə sığorta paketi təqdim edib.

"Alfa" üzrə əmlakı sığortalanması ilə bağlı pul qoyulşu 0,23-0,35%, həyatın sığortalanması üzrə 0,35%-0,5% təşkil edib. Ümumilikdə sığorta şirkəti tərəfindən ipoteka kreditləri ehtiyacları üçün 30 polis təqdim edilib.

Xəbər lenti

Xəbər lenti