...

"Dövlət maliyyə nəzarəti haqqında" qanun layihəsi beynədxalq espertizadan keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 16:30 (UTC +04:00)

"Dövlət maliyyə nəzarəti haqqında" qanun layihəsi beynəlxalq maliyyə şirkətlərinin ekspertizasına təqdim olunub. Azərbaycanın Hesablama Palatası aparatının rəhbəri Rasim Həsənova istinadən Trend məlumat verir ki, sənəd artıq hazırdır və beynəlxalq ekspertizadan sonra o, parlamentə təqdim olunacaq.

Onun sözlərinə görə, dövlətin maliyyə nəzarəti konsepsiyası özündə bütün maliyyə axınlarının potensialı haqqında lazımi məlumatların toplanması, faktiki həcm və strukturlar haqqında, həmçinin onların qarşılıqlı adekvatlığının qiymətləndirilməni birləşdirməlidir. Effektli maliyyə nəzarəti ilk növbədə maliyyə axınlarının iştirakçıları arasında məsuliyyət sərhədinin müəyyənləşdirilməsindən asılıdır.

Qanun layihəsində dövlət maliyyə nəzarəti xarici və daxili nəzarətə bölünüb. Xarici nəzarətdə hesabın düzgün aparılmasına nəzarət və Ali orqanlar (ölkə başçısı və parlament) tərəfindən dövlət vəsaitlərinin istifadəsinə, həmçinin onların istifadə olunmasının nəticələrinin qiymətləndirilməsi, effektliyi və istifadənin qənaətli olmasına nəzarət nəzərdə tutulub. Beynəlxalq təcrübəyə əsasən, xarici nəzarət Yüksək audit olmaqla dövlət vəsaitləri üzərində ictimai idarəetmənin təmin olunmasına xidmət edir. Xarici nəzarət ictimaiyyəti və dövlət başçısını onun funksiyaları çərçivəsində müstəqil və obyektiv qiymətlərlə məlumatlandırmalıdır.

Xarici nəzarət funksional idarəetmənin sisteminin elementi kimi çıxış edərək qənatli istifadəni qiymətləndirməli və qanunvericiliyə əsasən icraçı hakimiyyət və ayrı-ayrı orqanlar səviyyəsində maliyyə idarəetməsində öhdəliklərin həyata keçirməsinə nəzarət etməlidir.

Xarici və daxili nəzarət idarəetmənin beynəlxalq standartlarına uyğun olaraq auditin milli standartlarına əsasən həyata keçirilməlidir.

R. Həsənov hesab edir ki, bu konsepsiyaya konstitusiya qanunu statusu verilməlidir, bu da vahid metodoloji prinsiplərə əsasən mükəmməl sistemin formalaşdırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti