...

Fitch Ratings Kapitalbank və Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 17:19 (UTC +04:00)

Fitch Ratings Beynəlxalq reytinq agentliyi bu gün 100% dövlət Kapitalbank və yarıdövlət Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib.

Trend agentliyin çərşənbə axşamı yaydığı məlumata istinadən xəbər verir ki, ABB üçün yerli və xarici valyutada defolt riski reytinqi (IDR) "BB-"-dən "BB"-yə qaldırılıb. Bu zaman saxlanma reytinqi "4"-dən "3"-ə dəyişib, qısamüddətli "B" səviyyəsində, fərdi isə "D/E" səviyyəsində müəyyən olunub. Reytinqlərin dəyişməsi proqnozu stabildir.

"Kapitalbank"ın uzunmüddətli reytinqi "B+"-dan "BB-"yə qədər artırılıb, qısamüddətli "B" olub, saxlanma reytinqi "3", fərdi- "D/E", reytinqin proqnozu- stabildir.

Agentliyin məlumatına görə, qiymətlər Azərbaycanın suveren reytinqini yaxşılaşmasını əks etdirir. Yenilənmə iki dövlət bankının dəstəyi ilə Azərbaycan hökumətinin qabiliyyətinin artdığını əks etdirir, bu isə BB+ səviyyəsində müəyyən olunmuş suveren reytinqdə göstərilib.

Azərbaycan hökumətinin banklara bu cür dəstəyin göstərilməsini davam etdirmək istəyi haqqında agentliyin qiymətləndirilməsi dəyişməz qalır.

ABB üçün Fitch qiymətləndirilməsi onun Azərbaycanın bank sektoru üçün roluna, iqtisadiyyata və nəzarət səhm paketinin dövlətin mülkiyyətində saxlanmasına aiddir. Kapitalbank-la bağlı halda, dəstəyə meyl onun milli şəbəkəsi ilə dövlət tələbatlarına (büdcənin, təqaüd və bəzi sosial ödəmələrin paylaşdırılması) və 100% dövlət mülkiyyətinə xidmətdə bankın mühüm roluna əsaslanıb. Defolt riski, qısamüddətli reytinqin və ya bu bankların saxlanması reytinqinin istənilən hərəkəti suveren reytinqinin yüksəlməsi və ya azalmasından sonra ola bilər. Halbuki sonuncu hazırda gözlənilmir və ya dövlətin bankların saxlanmasına meyli dəyişən zaman baş verə bilər.

Xəbər lenti

Xəbər lenti