...

AZAL saxta ehtiyat hissələrindən istifadənin qarşısını almaq üçün nəzarəti gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 17:33 (UTC +04:00)

AZAL Dövlət konserni təyyarələrin təmiri zamanı saxta ehtiyat hissələrindən istifadənin qarşısını almaq üçün nəzarəti gücləndirib. Trend xəbər verir ki, bu barədə AZAL DK-dən məlumat verilib.

Konsern bu məsələ üzrə nəzarəti gücləndirmək məqsədilə "Azərbaycan hava yolları" milli aviaşirkət üçün Sovet və Rusiya istehsalı olan təyyarələri təmir edən və onlara texniki xidmət göstərən rusiyalı tərəfdaşlarına müraciət edib.

Bundan başqa, gücləndirilmiş yoxlama AZAL-ın öz mühəndisləri tərəfindən də həyata keçirilir.

Dövlət konserni həmçinin saxta ehtiyat hissələrindən istifadə məsələsinə nəzarəti gücləndirmək məqsədilə bir neçə özəl aviaşirkətlərə də müraciət edib.

Xəbər lenti

Xəbər lenti