...

BVF-nun Bakı ofisinin fəaliyyəti praktik olaraq iflic vəziyyətdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 18:18 (UTC +04:00)

Maliyyə Nazirliyinin 5-ci mərtəbəsində yerləşmiş Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin qarət olunması onun əməkdaşlarının iş prosesinə təsir edib.

BVF-nun Bakı ofisindən Trend ə verilən məlumata əsasən, bu fakt üzrə artıq cinayət işi qaldırılıb.

"BVF-nun nümayəndəliyinin fəaliyyətinə çətinliyi oğurlanmış məlumatların bərpa olunmaması yaradıb. Nümayəndəliyin bütün məlumatlar bazası, həmçinin onun nümayəndəliyin rəhbəri Bazelya Zavoykoda saxlanılan ehtiyat surəti də oğurlanıb", deyə ofisdə bildirilib.

İstintaq Bakının Nəsimi rayon 21 saylı polis idarəsi tərəfindən aparılır. Cinayət bazar günü baş verib. Qarət vaxtı 3 prosessor, 1 noutbuk və məlumatların ehtiyat surəti oğurlanıb. Hazırda ofisin bütün işi qalan 3 kömpüter avadanlığına əsaslanır.

Fevralın 14-də BVF-nun Yaxın Şərq və Mərkəzi Asiya üzrə departmentinin direktor müavini Vitaliy Kramerenkonun başçılığı ilə missiyanın gəlməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti