...

Azərbaycanın İxracın və İnvestisiyalırn Təşviqi Fondunun Himayəçilər Şurasına 18 yeni üzv daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 20:27 (UTC +04:00)

Bu gün iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərliyi ilə Azərbaycanın İxracın və İnvestisiyalırn Təşviqi Fondunun Himayəçilər Şurasının (AZPROMO) 2007-ci ildə ilk iclası keçirilib.

Bu gün AZPROMO-dan Trend ə verilən məlumata əsasən, Şuranın qərarı ilə tərkibə 18 yeni üzv qəbul olunub.

Onların arasında ölkənin Sənaye və Eregetika Nazirliyi, Azərbaycan İnvestisiya Şirkəti, Gəncə Sahibkarlarının Assosiasiyası, "Cahan Holdinq" MMC, ISR Holding, Caspian Petrol, Bosshelf, LFem ltd, GTF, SAF, Standard Insurance, Agro Azerinvest, "Azital" şirkəti, Rabitəbank, Turanbank, "Ziya+", "Gəncə-şərab-2" var.

Buna qədər Himayəçilər Şurasının 74 üzvü var idi, bunun da 50 üzvünü şirkət və holdinqlər təşkil edir.

İclasda həmçinin AZPROMO-nun 2006-cı il üçün illik hesabatı və 2007-ci il üçün fəaliyyət planı təsdiq olunub. Bu il əsasən ixracın və investisiyanın təşviqi istiqamətində işlərin aparılması planlaşdırılıb. AZPROMO-nun planlarına Azərbaycan regionlarında və xaricdə məlumat mərkəzlərinin yaradılması daxildir.

Xəbər lenti

Xəbər lenti