...

AZPROMO-nun Himayəçilər Şurası Qazaxıstanda partnyor ofisin yaradılması haqda qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 13:46 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)-nun 2007-ci il üçün fəaliyyət proqramı çərçivəsində Qazaxıstanda partnyor ofisin yaradılmasını planlaşdırıb. AZPROMO-nun bu gün yaydığı məlumatına əsasən, fondun ölkədən kənarda strukturunun yaradılmasının zəruriliyini fevralın 6-da AZPROMO-nun Himayəçilər Şurasının (HŞ) iclasında fondun rəhbəri Emil Məcidov qeyd edib.

"Fondun araşdırmaları göstərib ki, Qazaxıstan bazarında Azərbaycan şirkətlərinin fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Araşdırmaların nəticəsi olaraq, Azərbaycan şirkətlərinin bu bazarda maraqlarını təmin etmək üçün AZPROMO Qazaxıstanda partnyor ofisinin yaradılmasını təklif edib", deyə, E. Məcidov bildirib.

İclasda həmçinin fondun HŞ-nə 18 yeni üzvün qəbul olunması barədə də qərar verilib. Şuranın sədri iqtisadi inkişaf naziri Heydər Babayev AZPROMO-nun 2006-cı il fəaliyyətinə müsbət qiymət verib.

"Bizim vəzifəmiz qeyri-neft sektorunun artımını təmin etməkdən ibarətdir", deyən H.Babayev 2006-cı ildə Fond tərəfindən təşkil olunan 40-dan artıq tədbirin, xarici və yerli şirkətlərlə əməkdaşlığın məhz bu məqsədin reallaşmasına yönəldildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti