...

Dövlət Gömrük Komitəsinin rəhbəri: Son illər ərzində Azərbaycan sərhədindən qanunsuz olaraq 2 milyon saxta dərman keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 15:28 (UTC +04:00)

Dünya Gömrük Təşkilatının (DGT) himayəsi ilə fevralın 8-də Bakıda dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayacaq.

Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevin bu gün Trend ə verdiyi məlmata əsasən, ötən ildən DGT bu cür tədbirlər həyata keçirir. Ötən il müxtəlif kontrafakt məhsulların dövriyyəsi ilə bağlı konfrans Sineqalda keçirilib, bu il isə yanvarın sonunda İsveçrədə keçiriləcək.

"8-9 fevral tarixində keçiriləcək konfrans növbəti və spesifik tədbirdir. Bu tədbirdə yalnız saxta dərmanların qanunsuz dövriyyəsinə aid olan məsələlər müzakirə olunacaq. Bu həm onların gömrük, istehsal, sərhəddən keçirilmə və istifadəsi ilə bağlıdır", deyə A. Əliyev qeyd edib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycan ərazisində həblər, amplualar olan 2 milyon saxta dərmanın ölkə ərazisinə keçirilməsi aşkar olunub. "Qanunsuz olaraq keçirilən dərmanların kəmiyyəti az deyil. Dərman insanın sağlamlığı ilə bağlı olduğuna görə təhlükə yaradır", deyə DGK-nin rəhbəri qeyd edib.

Konfransı ölkənin gömrük xidmətləri ilə yanaşı onun işində dərman istehsal edən 17 iri beynəlxalq təşkilatın iştirak etməsi də maraqlı edir. Konfransın əsas məqsədi bu cür halları aşkar etmək üçün digər dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlıq və koordinasiyaya nail olmaqdır. Bu da dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirməyə imkan verəcək, deyə A. Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti