...

Azərbaycan "quş qripi"nin aşkar olunduğu Böyük Britaniyadan quş məhsulları almır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 15:40 (UTC +04:00)

Azərbaycan bu yaxınlarda yüksəkpataloji "quş qripi" virusunun aşkar olunduğu Böyük Britaniyadan quş məhsulları almır. Bu barədə cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq xidmətindən məlumat verilib.

Beynəlxalq Epizootik Büronun məlumatına əsasən "quş qripi" səbəbindən Britaniyada quşların məhvi İngiltərənin Suffolk əyalətində quşçuluq fermalarının birində qeydə alınıb.

Dövlət Xidmətində qeyd olnub ki, "Bu gün Azərbaycan əsasən Türkiyə, ABŞ, Kanada və qismən Braziliyadan quş məhsulları idxal edir. Britaniya istehsalı olan məhsullar indi əvvəl də olduğu kimi alınmır".

Dövlət Xidməti "quş qripi"nin Azərbaycan ərazisinə keçməsinin qarşısını almaq üçün monitorinqlər çərçivəsində tədbirləri - sərhəd baytarlıq məntəqələrinin iş rejiminin gücləndirilməsi, ova və vəhşi quşların satışına qadağa və s. davam etdirir.

Xəbər lenti

Xəbər lenti