...

Azərbaycanın gömrük sisteminin inkişafı dövlət proqramı üzrə tədbirlərin maliyyə mənbəyi kimi əsasən DGK-nin büdcədənkənar fondu çıxış edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 15:48 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2007-2011-ci illərdə Azərbaycanın gömrük sisteminin inkişafı üzrə Dövlət proqramına daxil olan tədbirlərin dəyərinin qiymətləndirilməsini davam etdirir. Bu barədə Trend xəbər verir.

Çərşənbə günü DGK sədri Aydın Əliyevin verdiyi xəbərə görə, əsas maliyyə mənbəyi gömrüyün inkişafının büdcədənkənar fondu olaraq qalır.

Hazırda 2006-cı ildə istismara verilmiş "Şirvanovka" Xaçmaz gömrük idarəsinin gömrük postu istisna olmaqla, SDK terminalı və Biləsuvar keçidinin tikintisi dövlət büdcəsindən maliyyələşdirilir. Bütün qalan tədbirlər DGK-nin büdcədənkənar fondu hesabına maliyyələşdiriləcək.

A.Əliyevin sözlərinə görə, bu iki obyektin tikintisi üçün dövlət büdcəsindən təxminən 3 mln. manatın ayrılması planlaşdırılırdı. Lakin hazırda Biləsuvar keçidinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması başa çatır, ona görə də işlərin dəyəri hələ dəqiqləşdiriləcək.

Plan üzrə həmçinin "Sadıxlı", "Sınıqkörpü", "Böyük kəsik", "Samur" gömrük postlarının yenidən qurulması üzrə işlər, "Yalama" gömrük məntəqəsinin, Naxçıvan gömrük idarəsi, terminalın və Azərbaycanın başqa bölgələrində digər analoji obyektlərin tikintisi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti