...

Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqların V mərəhələsi ləngiyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 16:11 (UTC +04:00)

2007-ci ilin birinci yarısında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqların V mərhələsi Cenevrədə keçiriləcək. Bu barədə çərşənbə günü Trend ə danışıqlar üzrə qrup rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, danışıqların dəqiq tarixi məlum deyil, lakin birmənalı şəkildə fevralda keçiriləcək, aprel-may aylarında keçirilməsi fikri də səslənir. Ləngimələr ÜTT üzv-ölkələrinin Azərbaycana qarşı əlavə sualları ilə bağlıdır.

M.Məmmədquliyev bildirib: "İndi bu istiqamətdə cavabların təkmilləşdirilməsi ilə bağlı iş aparılır. Bundan sonra işçi qrupların görüşünün vaxtı müəyyənləşdiriləcək".

Bu vaxta qədər Azərbaycan ÜTT-lə 4 görüş keçirib. İlk iki görüş xarici ticarət rejimi məsələlərinin müzakirəsinə həsr edilib, 2005-ci ildən başlayaraq son iki görüşdə ölkə genişmiqyaslı danışıqlara keçib. İkitərəfli danışıqlar Azərbaycan bazarına mal və xidmətlərin daxil olması, kənd təsərrüfatı və bu sahədə ixracat subsidiyalarına çoxtərəfli - daxili dəstək məsələləri ətrafında aparılır.

Bu gün Azərbaycan qarşısında həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, onun beynəlxalq standartalra uyğunlaşdırılması ilə bağlı vəzifə durur. Tədbirlər planına əsasən qanunvericiliyə dəyişiklik bir-iki il ərzində edilməlidir və əsas güc 2007-ci ilə veriləcək. ÜTT-yə daxil olmaq istiqamətində danışıqlar prosesinin yekunlaşması bundan asılıdır.

Xəbər lenti

Xəbər lenti