...

Azərbaycan ipoteka fondu vasitəsilə regionlarda 25 kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 16:18 (UTC +04:00)

Trend xəbər verir ki, bu gün üçün Azərbaycan Milli Bankı yanında fəaliyyət göstərən Azərbaycan ipoteka fondunun 23 bank-agentliyindən təxminən 18-i regionlarda filial şəbəkəsinə malikdir.

Çərşənbə günü AMB biş direktoru Rüfət Aslanlı bildirib ki, yaşayış əldə etmək məqsədilə ipoteka kreditləri istəyənlər vaxt itirməmək üçün bankların filiallarına müraciət edə bilərlər. Bu, əhaliyə bu maliyyə institutundan istifadə etməyə imkan verəcək. Onun sözlərinə görə bu gün artıq regionlarda 25 bu cür kredit verilib.

AMB idarə heyəti qərarı ilə İpoteka fondunun səlahiyyətli kredit təşkilatlarının siyahısı genişlənir və sonuncu olaraq bu siyahıya "Azərbaycan Sənaye bankı" (keçmiş CI Bank) daxil edilib.

Xəbər lenti

Xəbər lenti