...

Parlamentin komissiya sədri: "Beynəlxalq Valyuta Fondunun Azərbaycana verdiyi tövsiyyələri kor-koranə şəkildə qəbul etmək olmaz"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 18:12 (UTC +04:00)

"Beynəlxalq Valyuta Fondunun Azərbaycana verdiyi tövsiyyələri kor-koranə şəkildə qəbul etmək olmaz. Fondun tövsiyələri milli maraqlar baxımından qiymətləndirilməlidir." Bu sözləri Trend ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə deyib.

Komissiya sədri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq etməyə başlayıb və bu əməkdaşlıq bu gün də davam etdirilir.

"Belə əməkdaşlıq nəticəsində Azərbaycanda yeni iqtisadi sistemin qurulması istiqamətində çox böyük addımlar atılıb. Biz bunu bütün mərhələlər də hiss etmişik. Ölkədə maliyyə və makroiqtisadi sabitliyin yaradılması, maliyyə nəzarətinin gücləndirilməsi, pul-kedit siyasətinin hazırlanması, büdcə kəsirinin azaldılması sahəsində beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilib. Lakin bu o demək deyil ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının tövsiyyələrini olduğu kimi qəbul etməlidir", -deyə Ziyad Səmədzadə vurğulayıb.

Onun fikrincə, hazırda dünyada qlobal proseslər gedir və bunun öz oyun qaydaları var. Bu prosesdə Azərbaycanın da iştirak etdiyini deyən komissiya sədri vurğulayıb ki, hər bir müstəqil ölkə öz maraqlarını qorumalıdır: "Azərbaycanın bu gün kifayət qədər maliyyə imkanları var. Neftdən böyük miqdarda vəsait gələcək. Bu gün Azərbaycanın kifayət qədər maliyyə imkanları var ki, özü borc versin. Ölkəmiz ağır şərtlərlə borc almaq dövrünü arxada qoyub. Ona görə də Azərbaycanı çevik iqtisadi siyasət aparan, dəyərli və kifayət qədər maliyyyə imkanları olan və qloballaşan dünyanın ən mühüm layihələrində iştirak edən dövlət kimi tanıyırlar."

Xəbər lenti

Xəbər lenti