...

Maliyyə Nazirliyi üç rayonda xəzinadarlıq sisteminin test yoxlamasını keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 10:13 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan maliyyə Nazirliyi üç rayonda (Xaçmazda, Bakının rayon maliyyə şöbələrindən birində və Gəncədə) pilot rejimində xəzinadarlıq sisteminin test yoxlamasına başlayıb. Maliyyə naziri Samir Şərifov Trend ə bildirib ki, hazırda sistemin aprobasiyası aparılır.

O qeyd edib: "Biz xəzinadarlığın avtomatlaşdırılmasını sürətləndirə bilmərik, belə ki, əlavə risklər yaranır ki, bunlar mütləq nəzərə alınmalıdır, çünki söhbət böyük məbləğdə vəsaitlərdən gedir. Etibarlı sistem olmadığı təqdirdə mənfi hallar mümkündür".

Bütün bunların üzərində iş aparılır, növbəti işlər əsasən regional xəzinadarlıq idarələrinin avtomatlaşdırılması, kompyuter və müvafiq proqramla işləyəcək işçilərin hazırlanması olacaq.

Nazir hesab edir ki, növbəti mərhələdə büdcə təşkilatları, nazirlik və idarələrin qoşulması nəzərdə tutulur ki, bu, Azərbaycanda elektron hökumət yaradılması istiqamətində ciddi addım olacaq.

Onun fikrincə, 2007-ci ilin sonuna kimi Maliyyə Nazirliyi regional maliyyə şöbələrinin avtomatlaşdırılması prosesini başa çatdıra bilər.

Xəbər lenti

Xəbər lenti