...

Azərbaycan Maliyyə Nazirliyi Bakıda "Ortamüddətli xərclərlə bağlı təcrübə (MTEF)" ətrafında dəyirmi masa keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 11:09 (UTC +04:00)

Fevralın 8-9-da Bakıda Azərbaycan Maliyyə Nazirliyinin təşəbbüsü ilə və Dünya Bankının (DB) təşkilatçılığı ilə "Ortamüddətli xərclərlə bağlı təcrübə (MTEF)" ətrafında dəyirmi masa keçiriləcək. Trend in müxbirinə Gürcüstan Maliyyə Nazirliyindən bildiriblər ki, DB ekspertləri ilə yanaşı, görüşdə Gürcüstan nazirinin müavini Laşa Qotsiridze də iştirak edəcək.

Laşi Qotsiridzenin sözlərinə görə, bu cür görüşlər ölkələr arasında qazanılmış təcrübə və biliklərin mübadiləsi üçün çox faydalıdır. Gürcüstan xərclərin idarə edilməsi sahəsində islahatlar aparılmasına 2004-cü ildə başlayıb.

2006-cı il sentyabr ayında 2007-2010-cu il üçün istiqamətlər və əsaslandırılmış məlumatlara dair Gürcüstana məxsus sənəd DB tərəfindən "Public Expenditure Management Network - PEMPAL" qarşılıqlı təlim şəbəkəsinin xüsusi saytında yerləşdirilib. Sayt dövlət vəsaitlərinin idarə edilməsi sahəsində təcrubə mübadiləsi və müxtəlif ölkələrin ən yaxşı layihələrinin təqdim edilməsi məqsədilə yaradılıb.

"PEMPAL" xərclərin idarə edilməsi sahəsində ən aparıcı təşkilatlardan biridir. Təşkilatın sponsorları sırasında Amerika xəzinadarlığı, Dünya Bankı, Böyük Britaniya inkişaf agentliyi, Almaniya texniki əməkdaşlıq cəmiyyəti var.

Xəbər lenti

Xəbər lenti