...

Azərbaycanda sement zavodunun tikintisinin maliyyələşdirilməsi üzrə Lafarge ilə müqavilənin imzalanmasına hazırlıq görülür

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 15:56 (UTC +04:00)

Fransanın sement istehsalçısı olan Lafarge şirkəti ilə danışıqlar artıq müqavilənin imzalanması mərhələsindədir. Trend xəbər verir ki, bu barədə cümə axşamı iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, texniki ekspertlər respublikanı bu yaxında tərk ediblər. Onlar bütün lazımi informasiyanı toplayıblar.

Müqavilə imzalandıqdan sonra o, Azərbaycanda ikinci sement zavodunun tikintisinə başlayacaq, bu isə hazırda yeganə sement istehsalçısı olan Garadagh Cement şirkəti ilə rəqabət yaratmağa imkan verəcək. Layihə təxminən 100-150 mln. avro məbləğində qiymətləndirilir. Bu vəsait tamamilə yeni texnologiyaları olan müəssisənin tikintisinə yönəldiləcək. Zavodun istehsal gücü 1 mln. ton həddində olacaq. Hələ yeni sement zavodunun yerləşəcəyi yer müəyyən olunmayıb.

"Lavarge ekspertlərinin xammal hasilatı üçün əhəngdaşı yataqlarına baxış əsasında topladığı verilənlər təhlil olunduqdan sonra qərar qəbul olunacaq. Həm də xammalın tərkibində xloridin olmaması faktı nəzərə alınacaq", - deyə nazir qeyd edib.

Bu layihədə Azərbaycan investisiya şirkətinin 20% səviyyəsində iştirakı planlaşdırılır, qalan hissə isə Lafarge şirkətinin hesabına təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti