...

Qazaxıstan Gömrük Komitəsi məlumatlar bazasını azərbaycanlı həmkarları ilə paylaşmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 16:21 (UTC +04:00)

Qazaxıstan Maliyyə Nazirliyi gömrük nəzarət komitəsi Mərkəzi Asiya əməkdaşlığı çərçivəsində Azərbaycan Gömrük Komitəsi ilə idxal və ixrac edilən mallara dair məlumatlar bazasının mübadiləsinə dair ikitərəfli razılaşma imzalamaq niyyətindədir. Bu barədə Trend ə Qazaxıstan Maliyyə Nazirliyi gömrük nəzarət komitəsi sədrinin müavini Serjan Duysebaev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Gömrük Komitəsi "RILO" beynəlxlaq proqramı çərçivəsində hazırlanan razılaşma layihəsi hazırlayır. Bu razılaşmanın imzalanması gömrük orqanlarına qaçaqmalçılıq kanallarını izləməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti