Gürcüstanın qərbində "Gürcüstan dəmir yolu" MMC-nin yük qatarının 2 vaqonunun aşması ilə nəticələnən qəza Azərbaycandan Gürcüstan istiqamətinə yük daşınmalarına təsir etməyib. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu idarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
"Hazırda yüklə dolu tərkibin Gürcüstan istiqamətində göndərilməsi davam edir", deyə N. Əzməmmədov bildirib. Trend in Gürcüstandakı xüsusi müxbirinə "Gürcüstan dəmir yolu" MMC-dən verilən məlumata əsasən, yük qatarının buğda ilə dolu 2 vaqonu bu gecə Ozurgetsk rayonu ərazisində Meriya kəndi yaxınlığında relsdən çıxıb. Qatarın maşinisti vaxtında elektrovozu tərk edib və bunun üçün qəza xəsarətsiz ötüşüb.