...

A-GROUP sığorta şirkəti ISO standartları üzrə restrukturlaşdırmadan keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 17:44 (UTC +04:00)

A-GROUP sığorta şirkəti Moody International beynəlxalq müstəqil auditorun ISO-9001 menecmenti qismində keyfiyyət standartlarına uyğun resertifikatlaşdırılmasından keçib. Bu barədə cümə axşamı Trend ə A-GROUP şirkətindən məlumat verilib.

Moody International tərəfindən A-GROUP bölmələrinin kompleks auditi aparılıb. Sertifikat təsdiq edir ki, A-GROUP ISO 9001:2000 beynəlxalq standartın tələblərinə cavab verən keyfiyyət menecmenti sistemini tətbiq edib və dəstəkləyir.

Beynəlxalq keyfiyyət menecmenti sisteminin tətbiq olunmasının əsas məqsədi şirkətin xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir, bu isə A-GROUP şirkətinin siyasətində istiqamətverici amillərdən biridir.

Xəbər lenti

Xəbər lenti