...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi qiymətlərin süni qaldırılmasına qarşı mübarizəni gücləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 18:29 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ərzaq məhsullarının qiymətinin süni şəkildə qaldırılması faktlarına daim nəzarət edir. Bu barədə Trend xəbər verir.

"Hökumətin vəzifələrindən biri belə hallara yol verilməməsidir, ona görə də ölkə prezidentinin sərəncamı ilə istehlak bazarına nəzarət üzrə Dövlət xidməti yaradılıb və onun öhdəliklərindən biri ticarətin aparılması qaydalarının tətbiqinə nəzarət etməklə yanaşı bu cür faktların qarşısının alınmasıdır", - deyə iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Dövlət xidməti görülmüş işlər haqqında məlumat verəcək. Toyuq əti və yumurtasının qiymətinin aşağı salınması məqsədilə təşkil olunan tədbirlərdən biri quşçuluq məhsullarının satışı üzrə yarmarkaların keçirilməsidir. Onlar hər cümə günü keçirilir.

İİN-dən Trend ə verilən xəbərə görə, fevralın 9-da tədbirlər paytaxtın üç bazarında -Sabunçu rayonu (Nəsimi rayonu bazarındakı yarmarka ləğv olunub), "Təzə bazar" və 3-cü mikrorayon bazarında keçiriləcək. Həm də "Təzə bazar"da 6 mağazada yarmarka müntəzəm şəkildə (hər gün) keçirilir. Bazar qiymətlərindən fərqli olaraq, yarmarkalarda məhsulların qiyməti aşağı olacaq, yəni bir yumurta 10 qəpiyə, 1 toyuq - 2,7 manata satılacaq.

Xəbər lenti

Xəbər lenti