...

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının realizəsinin üç illiyi münasibətilə mərasimin tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 10:20 (UTC +04:00)

Trend xəbər verir ki, iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının realizəsinin üç illiyi münasibətilə mərasim 2007-ci il fevralın 13-də keçiriləcək. Nazir qeyd edib: "İqtisadi İnkişaf Nazirliyi 2006-cı ildə görülmüş işlərin, 2007-ci il planlarının, eləcə də ölkə prezidentinin regionlara səfərlərindən sonra verdiyi tapşırıq və göstərişlərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı hesabat verəcək".

İlkin məlumatlara görə, üç il ərzində 520 000 yeni iş yeri açılıb, onlardan 277 000 yer daimi əsaslıdır. Bu dövr ərzində qoyulmuş investisiya həcmi hazırda dəqiqləşdirilir. Regionların inkişaf etdirilməsinə vəsait Asiya İnkişaf Bankının, Dünya Bankının, İslam İnkişaf Bankı və s. xətti ilə ayrılıb. Dövlət Proqramı dövlət katibliyindən bildiriblər ki, bununla yanaşı, investisiyaların böyük payı büdcə vəsaitlərinin hesabına ödənilib, həmçinin özəl pul yatırımları da olub.

Xəbər lenti

Xəbər lenti