...

Böyük Britaniyanın Milli Audit ofisi Azərbaycanın Hesablama Palatası üçün inkişaf planı hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 13:42 (UTC +04:00)

Böyük Britaniyanın Milli Audit ofisi (NAO National Audit Office) Yaponiya hökumətinin "Korporativ və özəl sektorda hesabat" layihəsinin reallaşdırılması üçün ayırdığı "Siyasət və insan resurslarının inkişafı" qrantı üzrə Maliyyə Nazirliyinin keçirdiyi tenderin qaliblərindən biri olub. Bu barədə Trend Azərbaycanın Hesablama Palatasına (AHP) istinadən xəbər verir.

Layihənin əsas məqsədi mühasibat uçotu və audit sahəsində sabit təhsil potensialının formalaşması, investisiyaların və özlə sektorun inkişafının təşviqi, dövlət vəsaitlərinin idarə olunması və hesabatın təkmilləşdirilməsidir.

Layihənin komponentlərindən birinin Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsi olduğundan, növbəti 4 il üçün AHP-nin sabit inkişafı üzrə planın layihəs NAO mütəxəssisləri tərəfindən hazırlanacaq. Dövlət maliyyə nəzarətinin şəffaflıq və səmərəliliyinin təmin olunması üçün burada AHP-nin fəal iştirakı nəzərdə tutulur.

Hər iki ölkənin auditor strukturları arasında qarşılıqlı anlaşma haqqında memorandum 13 may 2003-cü ildə Londonda AHP başçısı Namiq Nəsrullayev və NAO-nun baş auditoru Con Born tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti