...

Azercell Telecom-da dövlət payının qiymətləndirilməsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 16:04 (UTC +04:00)

Azercell Telecom birgə müəssisəsində dövlət payının qiymətləndirilməsi tamamlanmaq mərhələsindədir. Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun mətbuat konfransında verdiyi məlumata əsasən qiymətləndirilmə yenidən aparılır, belə ki, yeni CA IB Corporate Finance Beratungs Ges.m.b.H i Ernst & Young konsultant şirkətlər konsorsiumu cəlb olunub.

Azercell Telecom bir neçə dəfə qiymətləndirilib, lakin hökumət obyektinin strateji cəhətdən əhəmiyyətli olduğundan onun özəlləşdirilməsində tələskənliyə yol verilmir.

O, Azertel şirəkti və rabitə nazirliyi tərəfindən 1996-cı ildə dövlət payı 51% olmaqla təsis edilib. Əvvəllər 34% dövlətin faktiki payına əsasən, iqtisadi inkişaf nazirliyi dövlət payını 195 milyon dollara satmağa hazır olub, lakin Turkcell və Fintur Azercell Telecom-da dövlət payının 200 milyon dollar məbləğində əldə olunmasına maraq göstərib.

BM-nin xarici təsisçisi kimi çıxış edən Azertel-in 85%-i Fintur Holding B.I şirkətinə məxsusdur. Bununla yanaşı, Fintur Holding B.I-də iştirakın 41,45%-i Türkiyənin operatoru Turkcellə, 58,55%-i isə Turkcellin həmtəsisçisi olan fin Teliasonera şirkətinə məxsusdur. Fintur Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovada mobil rabitə operatorlarının təsisçisidir. 2,3 milyon abunəçisi olan Azercell Telecom mobil rabitə bazarının 78%-ni və əhalinin 99%-ni əhatə edir. BM -nin investisiyası 0,5 milyardı keçməklə Azərbaycanın qeyri-neft sahəsində ən böyük göstəricidir.

Bu gün rabitə sahəsindəki BM-dən yalnız Bakcell özəlləşdirilib. K. Həsənovun bildirdiyinə gbrə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin balansında olan rabitə müəssisələri fərdi layihə kimi özəlləşdiriləcək, "Aztelekom"un və istehsalçı birliklərin "Baki Telegraf Rabitesi"-nin ("Teleradio" İB beynəlxalq rabitəsi üçün istifadə olunan yerüstü peyk rabitə stansiyaları ilə birgə) restruktrurizasiyası üzrə tədbirlər həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti