...

2006-cı ildə özəlləşdirilmiş Azərbaycan müəssisələrinə investorlar ötən ilə qədər bütün investisiya öhdəliklərinin 49%-ni qoymağı üzərlərinə götürüblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 17:03 (UTC +04:00)

2006-cı ildə Dövlət əmlakının idarə olunması üzrə Dövlət komitəsi investisiya müsabiqəsi vasitəsilə maşınqayırma, rabitə, tikinti materialları istehsalı, kənd təsərrüfatı məhsulları emalı və s. sahələrdə böyük dövlət müəssisələrinin bazasında yaradılmış 15 səhmdar cəmiyyətin səhmlərini özəlləşdirib. Bu barədə Trend xəbər verir.

Dövlət komitəsinin sədri Kərəm Həsənovun cümə günü verdiyi xəbərə görə, bağlanmış alqı-satqı müqavilələri üzrə investisiya öhdəlikləri 457 mln. ABŞ dolları təşkil edir, bu isə ötən ilə qədər investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşlarının 49%-dən çoxdur.

2006-cı ildə nəzərdə tutulmuş investisiyalardan 16 mln. ABŞ dollarından çox vəsait qoyuluşu təmin olunub.

K.Həsənov hesab edir ki, keçən il investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrdən 75%-i ölkənin müxtəlif bölgələrində yerləşir. Bu isə onların sosial-iqtisadi inkişafına səbəb olur və investisiyaların bölgələrə yönəldilməsi üçün şərait yaradacaq.

Onun sözlərinə görə, ötən illər ərzində 10000-ə qədər yeni iş yerləri yaradılıb, 2006-cı ildə keçirilmiş investisiya müsabiqələri üzrə isə investorlar 4000-dən çox iş yeri açmağı öhdələrinə götürüblər, lakin hələ 2000 iş yeri yaradılıb.

Ötən il investisiya müsabiqələri vasitəsilə "Oğuz-şərab", "Siyəzən-şərab", "Salyan - plastik kütlə emalı", "Xanlar aqroprom", "Bakı teleqraf", "Sumqayıt sənaye istehsalat", "Gəncə sənaye avadanlığı", "Azərbaycan" mehmanxanası, "Mingəçevir izolit" və b. özəlləşdirilib.

Paralel olaraq Dövlət komitəsi investorların özəlləşdirilmiş müəssisələr üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsi üzrə monitorinqi davam etdirir. Pozuntular aşkar olunduğu halda, müqavilələrin pozulması üzrə qərar qəbul olunur. K.Həsənov bildirib ki, bu hallara ötən il rast gəlinib.

Xəbər lenti

Xəbər lenti