...

2007-ci ilin sonuna qədər Azərbaycanda özəlləşmə çekləri dövriyyədən çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 17:06 (UTC +04:00)

2007-ci ilin sonuna qədər Azərbaycanda özəlləşmə çekləri dövriyyədən çıxarıla bilər. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədri Kərim Həsənovun Trend ə bildirdiyinə görə, bu gün üçün 50 faiz çek özəlləşmə prosesində iştirak edib. Onlardan çek hərraclarında və investisiya müsabiqələrində istifdə edilir.

K.Həsənov hesab edir ki, özəlləşmə prosesinin aktivləşməsi nəticəsində onları tam şəkildə dövriyyədən çıxarmaq mümkün olacaq. Bunun üçün təxminən 70 dövlət müəssisəsi və obyektinin 2007-ci ildə çek hərraclarına çıxarılması gərəkdir.

Hesab dövrü ərzində 55 hərrac keçirilib və təxminən 200 səhmdar cəmiyytəin səhmləri özəlləşdirilib.

Özəlləşmə çeklərinin müddəti 2008-ci il avqustun 1-də bitir.

Xəbər lenti

Xəbər lenti