...

"Sığorta haqqında" yeni qanun qeyri-peşəkar sığorta şirkətlərinin bağlanmasına səbəb olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 17:51 (UTC +04:00)

"Sığorta haqqında" gözlənilən yeni qanun qeyri-peşəkar sığorta şirkətlərinin bağlanmasına səbəb olacaq. Bu barədə Trend ə bu gün "Pasha Sigorta" şirkətinin baş direktor müavini Nofəl Rzayev məlumat verib.

"Yeni qanun nəticəsində bazar baha da peşəkar və peşəkar idarəolunan olacaq. Bu da beynəlxalq standartlara cavab verən peşəkar şirktələrin inkişafına imkan yaradacaq", deyə o, bildirib.

Maliyyə nazirinin müavini Azər Bayramov bəyan edib ki, 2007-ci ilin ilk yarısında Azərbaycanda "Sığorta haqqında" yeni qanunun qəbulu gözlənilir. Bu yaxınlarda qanun layihəsinin parlamentə təqdim olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti