...

Azərbaycan Respublikasının Prezidenti "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin dövlətsizləşdirilməsi ilə bağlı sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 19:38 (UTC +04:00)

Trend in məlumatına əsasən, bu gün Azərbaycan prezidenti İlham Əliyev "Kapita Bank" ASC-nin dövlətsizləşdirilməsi ilə bağlı sərəcam imzalayıb. 2005-ci il 1 mart tarixli 205 nömrəli Fərmanına uyğun olaraq, "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının əlavə səhm emissiyası hesabına iki dəfə artırılması barədə qərar qəbul edilib.

Dövlət səhmlər paketinin özəlləşdirilməsinə hazırlamaq məqsədilə "Kapital Bankı"n maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi prosesi başlayıb.

Prezidentin Bankın dövlətsizləşdirilməsi haqqındakı 9 fevral sərəncamına əsasən, "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması məqsədi ilə yeni emissiya olunmuş səhmlərinin (səhm zərfinin) satışı, beş bərabər hissəyə bölünməklə, hərrac vasitəsilə (müsabiqə formasında) həyata keçiriləcək. Həmin səhmlərin satışından əldə olunan pul vəsaiti "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalına yönəldiləcək.

Cəlb edilmiş məsləhətəçi şirkətin təklifləri və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasınən iqtisadi maraqlarına cavab verən alıcıların seçilməsi üçün müsabiqənin meyarlarını və şərtlərini müəyyən etmək Dövlət Əmslakının İdarə olunması üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyi və Milli Banka tapşırılıb.

Xatırladaq ki, "Kapital Bankı"n kapitalının artırılması bankda dövlət iştirakının 100%-dən 50%-dək azaltmaq üçün həyata keçiriləcək. Bankın özəlləşdirilməsi üzrə məsləhətçi Ernst&Young-dır.

Xəbər lenti

Xəbər lenti