...

Bakıdakı yarmarkalar zamanı satılan kənd təsərrüfatı məhsullarının həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 19:53 (UTC +04:00)

Bu günə qədər Bakı rayonlarının bazarlarında keçirilmiş yarmarkalarda 12,5 min tondan çox kənd təsərrüfatı məhsulları satılıb. Bu barədə Trend Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasova istinadən xəbər verir.

2006-cı ilin iyul ayından 2007-ci ilin yanvar ayına qədər keçirilmiş yarmarkalarda 350 tondan çox ət məhsulu, 298 ton süd məhsulları, 370 ton konserv məhsulları, 5100 ton tərəvəz, 1339 ton kartof, 1275 ton bostan məhsulu, 289 ton dənli bitki, 2633 ton meyvə satılıb.

Naxçıvan Muxtar Respublikası üzrə satılmış məhsulların həcmi 200 tondan çox təşkil edib.

Bakı şəhərinin 7 rayonunda keçirilən yarmarkalara Azərbaycanın 40-dan çox bölgəsindən məhsullar gətirilir.

Kənd təsərrüfatı məhsulları yarmarkaları şəhər əhalisini kənd təsərrüfatı məhsulları ilə yaxşı təmin etmək və onların qiymətinin qalxmasının qarşısını almaq məqsədilə ötən il iyul ayının sonundan keçirilir.

Kənd təsərrüfatı yarmarkaları hər şənbə və bazar günləri Bakı şəhərinin Suraxanı, Nərimanov, Yasamal, Xətai, Nizami, Binəqədi və Nəsimi rayonlarının ərazisində keçirilir.

Analoji yarmarkalar 2007-ci il ərzində də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti