...

Daşınmaz əmlakın qeyydiyyatı layihəsində Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin komponenti üçün dəyər dəqiqləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 20:21 (UTC +04:00)

Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün Dünya Bankı tərəfindən hazırlanmış daşınmaz əmlakın qeydiyyata alınması layihəsi çərçivəsində 4,8 milyon dolların ayrılması nəzərdə tutulur. Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənova istinadən Trend məlumat verir ki, bu vəsait dövlət əmlakının idarə olunması və dövlət əmlakının registrinin təkmilləşdirilməsinə istiqamətləndiriləcək.

K. Həsənovun sözlərinə görə, layihə çərçivəsində rəqəm məlumatlar bazasının, daşnmaz əmlak və torpaq sahələrinin qrafikinin hazırlanmasına dəstək göstəriləcək.

DB-nın layihəsinin həyata keçirilməsi, məhz dövlət əmlakının idarə olunması mexanizminin tətbiq olunması nəticəsində dövlətin gəlirləri artacaq.

İnformasiya-kommunikasiya texnologiyasının tətbiqi ilə komitədə müasir adminstrasiya təcrübəsi formalaşdırılıcaq.

Fevralın 15-də Bakıda bu layihə üzrə rəsmi danışıqlar aparılacaq, 13-14 fevralda layihənin bütün elementlərinin qiymətləndirilməsi və onun ümumi dəyərləndirilməsi başa çatacaq.

Öncəki məlumatlara əsasən layihə 40 milyon dollar məbləğində qiymətləndirilir. Bunun da 30 milyon dolları DB-nin kredit payına düşür.

Xəbər lenti

Xəbər lenti