...

ECO rəhbəri Azərbaycanla əlaqələri genişləndirmək üçün istənilən dəstəyi göstərməyə hazır oluduğunu bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 21:01 (UTC +04:00)

İqtisadi inkişaf naziri Heydər Babayev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Ənvər Xurşidi qəbul edib.

Nazirliyin bu gün yaydığı press-relizə əsasən Trend məlumat verir ki, ölkədə aparılan islahatlar nəticəsində ciddi irəliləyişlər əldə olunub. Ölkə iqtisadiyyatının lokomativi olan neft-qaz sahəsi ilə yanaşı qeyri-neft sahəsində də prioritet istiqamətinə də böyük diqqət ayrılır. Sahibkarlığın inkişafına artırılan diqqət ÜMD-də özəl sektor payının 81% artmasına səbəb olub.

Nazir həmçinin qonağı iri regional layihələrində - Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin, Bakı-Tiflis-qars dəmiryolunun tikintisində Azərbaycanın aparıcı mövqeyi barədə məlumatlandırıb.

H. Babayevin sözlərinə görə, Azərbaycanda investisiya şirkətlərinin yaradılması qeyri-neft sahəsində həyata keçiriləcək layihələrdə əhəmiyyətli rol oynayacaq. Artıq belə şirkətlərin bir sıra layihələrdə iştirak imkanına baxılır.

"Azərbaycanda həmçinin beynəlxalq iqtisadi təşkilatlarla da əməkdaşlığa böyük əhəmiyyət verilir. Bunlardan biri də ECO-dur. "

ECO rəhbəri Ənvər Xurşud Azərbaycanla əlaqələri genişləndirmək üçün istənilən dəstəyi göstərməyə hazır oluduğunu bildirib.

Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür və onunla əməkdaşlıq edir. Xüsusən də investisiyaların təşviqi, ticarət və tranzit daşınmalarda bu təşkilatla əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti