...

Yanvar ayında Azərbaycanın ticarət şəbəkələri tərəfindən 370 mln. manat dəyərində istehlak malları satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 12:10 (UTC +04:00)

2007-ci ilin yanvar ayında Azərbaycanın ticarət şəbəkələri tərəfindən əhaliyə 370 mln. manat dəyərində istehlak malları, 194,9 mln. manat dəyərində isə qeyri-istehlak malları satılıb, artım müvafiq olaraq 11,4% və 20,4% təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən Trend xəbər verir ki, ay ərzində əhaliyə 167,6 mln. manat dəyərində və ya 41,9%-dən artıq pulu xidmət göstərilib. Göstərilən xidmətlərdən 74,8% hüquqi şəxslərin, 25,2% fiziki şəxslərin payına duşub. 2006-cı ilin eyni dövrü ilə müqayisədə artım müvafiq olaraq 42,1% və 41,3% təşkil edib.

Bu dövr ərzində parakəndə mal dövriyyəsi həcmi 2006-cı ilin yanvar ayının göstəricisi ilə müqayisədə 14,1% artaraq 564,9 mln. manat təşkil edib. Ümumi mal dövriyyəsinin 16,3%-i hüquqi şəxslərin, 47,4%-i yarmarka və bazarlarda fəaliyyət göstərən xüsusi sahibkarların, 36,3%-i istehlak mallarının satışı ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Xəbər lenti

Xəbər lenti