...

Azərbaycanda "Sığorta haqqında" yeni qanun yenidən sığortalanma ilə bağlı problemləri həll edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 12:54 (UTC +04:00)

"Sığorta haqqında" gözlənilən yeni qanun yenidən sığortalanma ilə bağlı sərhədləri ləğv etməyə yardım edəcək. Bu barədə Trend ə şənbə günü Gunay Anadolu Sığorta birgə sığorta şirkətinin baş direktor müavini Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, yeni qanun sığorta şirkətlərinin fəaliyyətinə xeyli təsir göstərəcək.

Paşa Sığorta şirkətinin baş direktor müavini Nofəl Rzayevin fikrincə, gözlənilən yeni qanun qeyri-peşəkar sığorta şirkətlərinin bağlanmasına səbəb olacaq və daha peşəkar tənzimlənən bazar yaradacaq.

"Sığorta haqqında" yeni qanunun 2007-ci ilin birinci yarısında qəbul olunacağı gözlənilir.

Maliyyə Nazirliyinin məlumatlarına görə, Gunay Anadolu Sığorta şirkətinin 2006-cı il üzrə sığorta mükafatları 0,28 mln. manat ödənişlə 1,08 mln. manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatlarına görə, Paşa Sığorta şirkətinin 2006-cı il üzrə sığorta mükafatları 0,25 mln. manat təşkil edib, 2006-cı ildə sığorta ödənişləri həyata keçirilməyib.

Xəbər lenti

Xəbər lenti